Rüstəm Əsədli, rəqəmsal marketinq rəhbəri

Haqqımda

Rüstəm Əsədli kimdir?

Mən Rüstəm Əsədli, 5 ildir rəqəmsal marketinqlə məşğulam. Hazırda Endovia marketinq agentliyində rəqəmsal marketinq rəhbəri kimi çalışıram.

Azərbaycan Memarlıq və İnşaat Universitetini marketinq ixtisası üzrə bitirmişəm, rəqəmsal marketinq təhsilini isə Code Academy-də almışam. Digital Marketing Institute-un (DMI) Certified Digital Marketing Professional sertifikatını 76% nəticə ilə əldə etmişəm.

Brendlərlə rəqəmsal marketinqin bütün istiqamətlərində işləyirəm: marketinq strategiyası və kampaniya planlaması, sosial media marketinqi (SMM), Meta, Google və TikTok-da performans reklamı, SEO, analitika və ölçmə sistemlərinin qurulması, kreativ istiqamət və komanda idarəetməsi.

Marketinqə gəlməmişdən əvvəl 4 il öz biznesimi idarə etmişəm. Ona görə də reklamın dəyərini sahibkarın gözü ilə görürəm. Mənim üçün yaxşı kampaniya gözəl görünən yox, büdcəni geri qaytaran kampaniyadır.

Bu saytda iş təcrübəmdə öyrəndiklərimi paylaşıram və bizneslərin rəqəmsal marketinqdə daha doğru qərarlar verməsi üçün faydalı bloq yazıları yazıram.

CV

Təcrübəm haqqında ətraflı

Təcrübəm haqqında ətraflı məlumat üçün CV-mi yükləyə bilərsiniz.

CV-ni yüklə (PDF)