SEO xidməti

SEO xidməti saytınızın müştərilərinizin axtardığı sorğularda Google-da üst sıralarda görünməsi üçün aparılan texniki və məzmun işidir.

Reklam dayananda trafik də dayanır. SEO isə reklama pul ödəmədən davamlı müştəri axını qurur. Saytınızın texniki vəziyyətini düzəldir, düzgün açar sözləri seçir və Google ilə yanaşı ChatGPT, Gemini kimi süni intellekt axtarışında da görünməsi üçün məzmun planı qururam.

Xidmətə daxildir

SEO xidmətinə nələr daxildir

Texniki SEO auditi

Sürət, indeksləmə, mobil uyğunluq, sitemap, robots.txt və strukturlaşdırılmış məlumatın yoxlanması.

Açar söz araşdırması

Google Keyword Planner və axtarış niyyəti təhlili ilə azərbaycanca, lazım olduqda rusca və ingiliscə sorğuların prioritet siyahısı.

Sayt daxili optimallaşdırma

Başlıqlar, meta mətnlər, H1, URL strukturu, daxili linklər və səhifə məzmununun açar sözlərə uyğunlaşdırılması.

Məzmun strategiyası

Bloq üçün mövzu planı və mövcud səhifələrin yenilənməsi. Hər yazı real bir axtarış sorğusuna cavab verir.

Süni intellekt axtarışında görünmə

Google AI Overviews, ChatGPT və Gemini cavablarında mənbə kimi çıxmaq üçün məzmun quruluşu və Bing Webmaster Tools-a qoşulma.

Ölçmə və hesabat

Google Search Console ilə mövqelərin, Google Analytics 4 ilə orqanik trafik və müraciətlərin, Microsoft Clarity ilə istifadəçi davranışının izlənməsi. Hər ay nəticələri aydın hesabatla təqdim edirəm.

Kimlər üçündür

  • Yeni sayt açan və ilk gündən düzgün başlamaq istəyən bizneslər
  • Reklam büdcəsindən asılılığı azaltmaq istəyən şirkətlər
  • Xidmət şirkətləri, klinikalar və təhsil mərkəzləri
  • Onlayn mağazalar və məhsul kataloqu olan saytlar

Qiymət nədən asılıdır

  • Saytın ölçüsü və səhifələrin sayı
  • Saytın platforması və hazırkı texniki vəziyyəti
  • Sahədəki rəqabət
  • Hazırlanacaq məzmunun həcmi
  • Bir dəfəlik audit, yoxsa aylıq SEO işi

Konsultasiyadan sonra işin həcminə uyğun konkret təklif göndərirəm.

İş prosesi

Necə işləyirik

Tanışlıq zəngi

30 dəqiqəlik pulsuz zəngdə biznesinizi və məqsədinizi öyrənirəm.

Audit və plan

Hazırkı vəziyyəti təhlil edib konkret plan və büdcə təklif edirəm.

İşə başlama

Analitika, kampaniyalar və kontent planı hazırlanır, iş başlayır.

Ölçmə və inkişaf

Hər həftə rəqəmlərə baxıb optimallaşdırıram, ayda bir hesabat verirəm.

Suallar

SEO xidməti haqqında tez-tez verilən suallar

SEO nədir?

SEO (Search Engine Optimization, yəni axtarış sistemləri üçün optimallaşdırma) saytın Google kimi axtarış sistemlərində reklamsız, orqanik nəticələrdə yuxarı sıralarda görünməsi üçün aparılan işlərin məcmusudur. Buraya saytın texniki vəziyyəti, məzmunu və digər saytlarla əlaqələri daxildir.

SEO xidməti nədir?

SEO xidməti saytın müştərilərin axtardığı sorğularda Google-da üst sıralarda görünməsi üçün aparılan peşəkar işdir: texniki SEO auditi, açar söz araşdırması, sayt daxili SEO optimizasiyası və məzmun hazırlanması. Məqsəd saytın mövqeyini, orqanik trafiki və saytdan gələn müraciətləri artırmaqdır.

SEO xidmətinə nələr daxildir?

SEO xidmətlərinə texniki audit (sürət, indeksləmə, mobil uyğunluq), açar söz araşdırması, səhifələrin optimallaşdırılması (title, meta təsvir, başlıqlar, daxili linklər), məzmun planı və bloq yazıları, strukturlaşdırılmış data, həmçinin ölçmə və hesabatlılıq daxildir. Mövqelər və indeksləmə Google Search Console və Bing Webmaster Tools ilə, orqanik trafik və müraciətlər Google Analytics 4 ilə izlənir, istifadəçilərin saytda necə davrandığı isə Microsoft Clarity-nin istilik xəritələri və sessiya yazıları ilə təhlil olunur. Yerli bizneslər üçün Google Business Profile da işə əlavə olunur.

SEO xidmətinin qiyməti necə müəyyən olunur?

SEO qiyməti saytın ölçüsündən, texniki vəziyyətindən, sahədəki rəqabətdən və məzmunu kimin hazırlayacağından asılıdır. Bir dəfəlik SEO auditi və tövsiyələr də mümkündür, aylıq davamlı SEO işi də. Dəqiq qiyməti saytınıza baxdıqdan sonra təklif edirəm.

SEO nəticəsi nə qədər vaxt aparır?

Rəqabətdən asılı olaraq ilk dəyişikliklər adətən 2-3 ayda görünür, sabit nəticə isə 6 ay və daha çox vaxt aparır. Azərbaycanca sorğularda rəqabət çox vaxt zəif olduğu üçün nəticə daha tez gələ bilər.

Google axtarışında birinci olmaq üçün nə lazımdır?

Google axtarışında birinci olmaq üçün sayt texniki cəhətdən qüsursuz olmalı, istifadəçinin sualına rəqiblərdən daha yaxşı cavab verməli və etibarlı mənbələrdən istinad almalıdır. Amma Google-da konkret yerə heç kim zəmanət verə bilməz. Mən görünməni, trafiki və müraciətləri ölçülə bilən şəkildə artırmağa çalışıram.

Bakıda fəaliyyət göstərən biznes üçün SEO necə aparılır?

Yerli SEO-da əsas iş Google Business Profile-ın düzgün doldurulması, Google Xəritələrdə görünmə, müştəri rəyləri və ünvan, telefon kimi məlumatların hər yerdə eyni olmasıdır. Saytda isə xidmət və ərazi ilə bağlı səhifələr hazırlanır ki, Bakıda axtarış edən müştəri sizi tapsın.

SEO ilə Google reklamı arasında fərq nədir?

Google reklamı pul ödədiyiniz müddətdə dərhal görünmə verir. SEO isə yavaş başlayır, amma reklam dayandıqdan sonra da trafik gətirməyə davam edir. Çox vaxt ikisini birlikdə işlətmək ən səmərəlidir.

Saytımın ChatGPT və Gemini cavablarında görünməsi mümkündür?

Bəli. Süni intellekt alətləri cavabları Google və Bing kimi axtarış indekslərindəki mənbələrdən qurur. Sayt düzgün indekslənirsə və məzmun suallara birbaşa cavab verirsə, bu cavablarda mənbə kimi çıxma şansı artır.

Saytım WordPress-də deyil, SEO aparmaq olar?

Bəli. SEO istənilən platformada aparılır: WordPress, Shopify, Tilda və ya xüsusi hazırlanmış saytlarda. Bəzi texniki işlər üçün sadəcə sayt panelinə və ya proqramçınıza çıxış lazımdır.