Rəqəmsal marketinq xidməti

Rəqəmsal marketinq xidməti biznesinizin bütün onlayn kanallarını bir strategiyada birləşdirir: Meta, Google, TikTok, SEO və analitika.

Hansı kanala nə qədər büdcə ayırmaq lazım olduğunu müəyyən edir, kampaniyaları idarə edir və nəticəni klik ilə yox, müraciət və satışla ölçürəm. Beləliklə, marketinq xərci təxmini yox, rəqəmlərə əsaslanan qərara çevrilir.

Xidmətə daxildir

Rəqəmsal marketinq xidmətinə nələr daxildir

Marketinq strategiyası

Hədəf auditoriya, əsas mesajlar, kanal seçimi, aylıq büdcə planı və kampaniya təqvimi.

Kanalların idarə olunması

Meta (Instagram, Facebook), Google Ads, YouTube və TikTok reklamlarının bir plan üzrə idarəsi.

Analitikanın qurulması

GA4, Google Tag Manager, Meta Pixel, Conversions API və CRM inteqrasiyası ilə hər müraciətin mənbəyini görürsünüz.

Satış qıfı və hesabat sistemi

Müraciətdən satışa qədər bütün mərhələlər, kanal üzrə ROAS, ROI və müraciət başına xərc bir hesabatda.

Lansman və kampaniya planlaması

Yeni məhsul və ya xidmət üçün adlandırma, dəyər təklifi, kommunikasiya dili və mərhələli marketinq planı.

Konsultasiya və təlim

Daxili marketinq komandanız üçün strateji məsləhət və praktiki təlimlər.

Kimlər üçündür

  • Bir neçə kanalda reklam verən, amma nəticəni satışla ölçə bilməyən şirkətlər
  • Yeni məhsul və ya xidmət bazara çıxaran bizneslər
  • Daxili komandası olan, amma strategiya və analitikaya ehtiyacı olan şirkətlər
  • Marketinq büdcəsini rəqəmlərə əsasən bölmək istəyən rəhbərlər

Qiymət nədən asılıdır

  • İşlədiyimiz kanalların sayı
  • İş formatı: aylıq əməkdaşlıq, yoxsa bir dəfəlik strategiya və ya audit
  • Analitika və CRM inteqrasiyasına ehtiyac
  • Hesabatın tezliyi və təfərrüatı

Konsultasiyadan sonra işin həcminə uyğun konkret təklif göndərirəm.

İş prosesi

Necə işləyirik

Tanışlıq zəngi

30 dəqiqəlik pulsuz zəngdə biznesinizi və məqsədinizi öyrənirəm.

Audit və plan

Hazırkı vəziyyəti təhlil edib konkret plan və büdcə təklif edirəm.

İşə başlama

Analitika, kampaniyalar və kontent planı hazırlanır, iş başlayır.

Ölçmə və inkişaf

Hər həftə rəqəmlərə baxıb optimallaşdırıram, ayda bir hesabat verirəm.

Nəticələr

Bu sahədə gördüyüm işlər

Bütün keyslər
TelekommunikasiyaYanvar-Sentyabr 2025

Aparıcı internet provayderlərindən biri

Reklamdan qoşulmaya qədər: rəqəmsal marketinq hesabat sistemi

Bütün rəqəmsal kanalları bir hesabatda birləşdirən və reklam xərcini klik ilə yox, real qoşulma ilə ölçən aylıq hesabat sistemi.

3.9xTikTok izləyiciləri, fevral-sentyabr
87%iyulda qeydiyyat səhifəsi trafikinin TikTok reklamından gələn payı
-15%qoşulma başına xərc, sentyabr yanvara nisbətən
GA4Google AdsMeta AdsTikTok AdsYouTubeSatış məlumatları
Keysi oxu →
TelekommunikasiyaAprel 2026 · 6 ay

Aparıcı internet provayderlərindən biri

Yeni fiber-optik tariflərin bazara çıxarılması

Onlayn oyunçular və çox cihaz istifadə edən ailələr üçün iki yeni fiber-optik tarifin adından tutmuş 6 aylıq marketinq planına qədər bütün lansman prosesi.

2 tarif500 Mb/s və 1000 Mb/s
6 aymarketinq roadmapı və icrasına nəzarət
Meta AdsGoogle AdsPRİnfluenserB2B və B2C
Keysi oxu →
Telekommunikasiya2025-2026 · Google Ads

Aparıcı internet provayderlərindən biri

Google Ads Display: qeydiyyat başına xərci 62% azaltmaq

Baxış və video izləmə əvəzinə real qeydiyyata görə optimizasiya olunan Display kampaniyaları, sonra isə rəqib auditoriyasına əsaslanan yeni yanaşma.

-62%qeydiyyat başına xərc
2.3xklikdən qeydiyyata konversiya
3.2xbir ayda qeydiyyat, 2025-in ən yaxşı ayı ilə müqayisədə
Google Ads DisplayGA4Oxşar auditoriyalarStatik bannerlər
Keysi oxu →
TəhsilOktyabr 2026 · Meta

Uşaqlar üçün IT akademiyası

CRM ilə Meta reklamlarını real ödənişə görə optimallaşdırmaq

Reklamı müraciət sayı ilə yox, ödəniş edən tələbə ilə ölçmək üçün CRM-i Meta-ya inteqrasiya etdim.

356%ROAS: hər 1 AZN reklama 3.56 AZN gəlir
+256%ROI
Meta AdsCRM inteqrasiyası
Keysi oxu →

Suallar

Rəqəmsal marketinq xidməti haqqında tez-tez verilən suallar

Rəqəmsal marketinq nədir?

Rəqəmsal marketinq (digital marketinq) məhsul və ya xidmətin internet kanalları vasitəsilə tanıdılması və satılmasıdır: sosial media, axtarış sistemləri, reklam platformaları, sayt və e-poçt. Ənənəvi marketinqdən əsas fərqi hər addımın ölçülə bilməsidir.

Rəqəmsal marketinq xidməti nədir?

Rəqəmsal marketinq xidməti biznesin bütün onlayn kanallarının bir strategiya üzrə planlanması, idarə olunması və ölçülməsidir. Sosial media, Google Ads, SEO və analitika ayrı-ayrı yox, ümumi məqsədə xidmət edən bir sistem kimi işləyir.

Rəqəmsal marketinq xidmətinə nələr daxildir?

Rəqəmsal marketinq xidmətinə marketinq strategiyası, Meta, Google və TikTok reklamlarının idarə olunması, SEO istiqaməti, GA4, Google Tag Manager və CRM ilə analitika sistemi, satış qıfı, aylıq hesabat və yeni məhsulların lansman planlaması daxildir. Hansı hissələrin lazım olduğu biznesin məqsədinə görə seçilir.

Marketinq strategiyası necə hazırlanır?

Marketinq strategiyası biznesin məqsədindən başlayır. Sonra hədəf auditoriya və rəqiblər təhlil olunur, əsas mesajlar və kanallar seçilir, büdcə kanallar üzrə bölünür və hər kanal üçün ölçüləcək göstəricilər (KPI) təyin edilir. Nəticədə aylar üzrə kampaniya təqvimi olan konkret plan alınır.

Rəqəmsal marketinq xidmətinin qiyməti necə müəyyən olunur?

Qiymət işlədiyimiz kanalların sayından, iş formatından (aylıq əməkdaşlıq, yoxsa bir dəfəlik strategiya və ya audit), analitika və CRM inteqrasiyasına ehtiyacdan və hesabatın təfərrüatından asılıdır. Reklam büdcəsi xidmət haqqına daxil deyil. Dəqiq qiyməti pulsuz tanışlıq zəngindən sonra təklif edirəm.

Rəqəmsal marketinq xidməti ilə SMM xidməti arasında fərq nədir?

SMM yalnız sosial media kanallarını əhatə edir. Rəqəmsal marketinq xidməti isə bütün kanalları birlikdə planlayır: sosial media, Google, SEO, analitika və satış qıfı.

Nəticəni necə ölçürsünüz?

Göstəricilər məqsədə görə seçilir: tanınırlıq üçün əhatə və brend axtarışları, trafik üçün sayt ziyarətləri, satış üçün müraciət, satış, ROAS və ROI. Lazım olduqda CRM-i reklam platformalarına bağlayıram ki, hansı reklamın real ödəniş gətirdiyi görünsün.

Marketinq agentliyi, yoxsa rəqəmsal marketinq mütəxəssisi?

Bu, ehtiyacınızdan asılıdır. Çoxlu dizayn, video və kontent istehsalı lazımdırsa, agentliyin geniş komandası rahatdır. Strategiya, reklam və analitika üçün isə əsas məsələ işi kimin gördüyüdür: mütəxəssislə birbaşa işləyəndə qərarları büdcənizi idarə edən adamla müzakirə edirsiniz.

Daxili komandamız var, bir dəfəlik konsultasiya mümkündür?

Bəli. Strategiya hazırlanması, reklam hesablarının auditi və ya analitika sisteminin yoxlanması üçün bir dəfəlik iş formatı var. Aylıq əməkdaşlıqda isə çox vaxt komandanın yanında strateji rol oynayıram: plan, analitika və nəticələrin yoxlanması, icranı isə komandanız aparır.

Hansı sahələrlə işləyirsiniz?

Telekommunikasiya, e-ticarət, səhiyyə, təhsil, qida və xidmət sahələrində təcrübəm var. Konsultasiyada sizin sahəyə uyğun yanaşmanı müəyyən edirik.