Google Ads Display: qeydiyyat başına xərci 62% azaltmaq
Baxış və video izləmə əvəzinə real qeydiyyata görə optimizasiya olunan Display kampaniyaları, sonra isə rəqib auditoriyasına əsaslanan yeni yanaşma.
Tapşırıq
Əvvəllər şirkətin Google Ads kampaniyaları sayta baxış və ya video izləmə kimi yüngül hədəflərə görə optimizasiya olunurdu. Belə hədəflər çox nəticə göstərir, amma onlardan neçəsinin yeni abunəçiyə çevrildiyi bilinmir.
Məqsəd reklam büdcəsini real nəticəyə, yəni saytda qeydiyyatı tamamlayan istifadəçilərə yönəltmək idi.
Nə etdik
- Ölçmənin qurulması. Saytda qeydiyyat səhifəsini tamamlama hadisəsini Google Analytics 4-də qurdum, Google Ads-ə import etdim və kampaniyaların əsas konversiyası etdim.
- Konversiya kampaniyaları. 2025-in yanvarından aylıq Display kampaniyalarını “Maximize conversions” strategiyası ilə, məhz qeydiyyata görə işlətdim.
- Yeni auditoriya yanaşması. 2026-nın martında rəqib internet provayderlərin saytlarını hədəf kimi daxil edib onların auditoriyasına oxşar auditoriyalar yaratdım. Beləliklə reklam internet provayderi ilə maraqlanan insanlara göstərildi.
- Kreativlər. Display şəbəkəsinin bütün ölçülərində statik bannerlər hazırlatdım ki, reklam istənilən yerləşdirmədə tam görünsün.
- Davamlı optimizasiya. Ay boyu kampaniyanı cihazlar, reklamın göründüyü saytlar və digər göstəricilər üzrə təhlil edib zəif nəticə verənləri çıxardım, büdcəni işləyənlərə yönəltdim.
Nəticə
Mart və aprel 2026-nın nəticələrini yanvar-avqust 2025 ilə müqayisə etdim. İki dövrdə də eyni konversiya ölçülürdü: saytda qeydiyyatın tamamlanması. Ona görə müqayisə birbaşadır.
- Qeydiyyat başına xərc təxminən 62% azaldı.
- Klikdən qeydiyyata konversiya 0.39%-dən 0.92%-ə qalxdı, yəni təxminən 2.3 dəfə artdı.
- CTR 2025-in 1-3% səviyyəsindən 4.4-5.4%-ə yüksəldi.
- Mart 2026-da kampaniya bir ayda 2025-in ən yaxşı ayından 3.2 dəfə çox qeydiyyat gətirdi.
Digər keyslər
Bunlara da baxın
Uşaqlar üçün IT akademiyası
CRM ilə Meta reklamlarını real ödənişə görə optimallaşdırmaq
Reklamı müraciət sayı ilə yox, ödəniş edən tələbə ilə ölçmək üçün CRM-i Meta-ya inteqrasiya etdim.
Tibbi diaqnostika mərkəzi
Pink October: müayinə paketlərini satışa çevirən kampaniya
Süd vəzi xərçənginə qarşı maarifləndirmə ayında qadınlar üçün müayinə paketlərini tanıtdıq və hər müraciəti satışa qədər izlədik.