SəhiyyəTibbi diaqnostika mərkəzi · Oktyabr 2026 · Meta

Pink October: müayinə paketlərini satışa çevirən kampaniya

Süd vəzi xərçənginə qarşı maarifləndirmə ayında qadınlar üçün müayinə paketlərini tanıtdıq və hər müraciəti satışa qədər izlədik.

308%ROAS
208%ROI
9.8%müraciətdən satışa konversiya

Tapşırıq

Süd vəzi xərçənginə qarşı maarifləndirmə ayı münasibətilə diaqnostika mərkəzinin qadınlar üçün müayinə paketlərini tanıtmaq və reklamı real satışa çevirmək lazım idi.

Nə etdik

  • İki müayinə paketi üçün ayrı reklamlar hazırlayıb nəticələrini müqayisə etdik.
  • Kampaniyanı WhatsApp mesaj kampaniyası və lead formu üzərində qurduq.
  • Statik postlara əlavə olaraq Reels videoları işə saldıq. Videolarda söhbət qiyməti 2-7 dəfə aşağı oldu.
  • Yerləşdirmə analizinə əsasən büdcəni daha səmərəli formatlara yönəltdik. Reels və Stories Feed-dən təxminən 30% ucuz çıxdı.
  • Hər müraciəti satışa qədər izləyib reklamın gəlirə təsirini ölçdük.
  • Müraciətlərin keyfiyyətini analiz etdik və mamoqrafiyaya ayrıca tələb olduğunu müəyyən etdik.

Nəticə

  • ROAS: 308%, ROI: 208%
  • Müraciətdən satışa konversiya: 9.8%
  • Söhbət qiyməti əvvəlki kampaniyalara nisbətən təxminən 35% azaldı
  • Keyfiyyətsiz müraciətlərin payı cəmi təxminən 5% oldu
  • Satışların təxminən 77%-i WhatsApp kanalından gəldi