QidaSifarişlə tort hazırlayan brend · Yanvar-Noyabr 2026 · Meta

Post boost-dan sistemli kampaniyalara: 7.4 dəfə çox sifariş yazışması

Kiçik biznesin dağınıq post boost-larını aylıq və mövsümi mesaj kampaniyaları ilə əvəz etdim. Yazışma sayı kəskin artdı, bir yazışmanın qiyməti isə düşdü.

310%ROAS: hər 1 AZN reklama təxminən 3.1 AZN satış
210%ROI
7.4xaylıq yazışma sayı, 2025 ilə müqayisədə

Tapşırıq

Brend sifarişlə tort hazırlayır və sifarişləri sosial mediada yazışma ilə qəbul edir. 2025-də reklam ayrı-ayrı paylaşımların kiçik büdcə ilə “boost” edilməsi şəklində aparılırdı. Nəticələr qeyri-sabit idi: bir yazışmanın qiyməti paylaşımdan paylaşıma 25 dəfəyə qədər fərqlənirdi.

Məqsəd reklamı sistemli hala gətirmək, yazışma sayını artırmaq və bunu daha aşağı qiymətə etmək idi.

Nə etdik

  • Sistemli kampaniya strukturu. Təsadüfi post boost-ları aylıq və dövri kampaniyalarla əvəz etdim. Bütün kampaniyalar bir hədəfə, yəni sifariş üçün yazışmanın başlamasına görə optimallaşdırıldı.
  • Mövsümi kampaniyalar. Sevgililər günü və Bilik günü kimi xüsusi günlər üçün ayrıca kampaniyalar qurdum. Sevgililər günü kampaniyası ilin ən ucuz yazışmalarını gətirdi.
  • Mövsümə görə büdcə. Aprel-iyun və avqust-sentyabr aylarında büdcəni artırdım, digər aylarda isə daha kiçik büdcə ilə işlədim.
  • Kontent dəstəyi. Sahibkara reklamlar və paylaşımlar üçün kontent mövzusunda daim dəstək oldum: hansı tortların, hansı formatda və hansı mesajla göstərilməsi.
  • Yazışmaların inkişafı. Gələn yazışmaların necə aparıldığını sahibkarla birlikdə inkişaf etdirdik ki, reklamdan gələn müraciətlər sifarişə daha çox çevrilsin.
  • Davamlı optimizasiya. Kampaniyaları reklam tezliyi və nəticə qiymətinə görə izləyib lazım olanda yenilədim. Profil ziyarəti üçün ayrıca trafik kampaniyası ilə də test apardım.

Nəticə

2026-nın ilk 10 ayını 2025-in post boost-ları ilə müqayisə etdim. İki dövrdə də nəticə eyni ölçülür: başlanan yazışma sayı.

  • Aylıq yazışma sayı 2025-in orta göstəricisindən 7.4 dəfə çox oldu.
  • Bir yazışmanın orta qiyməti 20% azaldı.
  • Reklamdan gələn orta aylıq satışa əsasən ROAS təxminən 310%, ROI isə 210% oldu.
  • Aylıq reklam büdcəsi təxminən 6 dəfə artsa da, yazışma qiyməti artmadı, əksinə düşdü.
  • Kampaniyaların CTR göstəricisi 2.9-6.6% aralığında oldu.