Google reklam xidməti (Google Ads)

Google reklam xidməti biznesinizi məhsul və ya xidmətinizi elə bu an Google-da axtaran insanların qarşısına çıxarır. Kampaniyalar Google Ads platformasında idarə olunur.

Google reklamını düzgün ölçmə ilə qurur, büdcəni biznesinizin məqsədinə uyğun yönəldirəm: müraciət, satış, qeydiyyat və ya brend tanınırlığı.

Xidmətə daxildir

Google reklam xidmətinə nələr daxildir

Axtarış kampaniyaları

Açar söz strukturu, mənfi açar sözlər və sorğuya uyğun reklam mətnləri.

Display və Performance Max

Bütün Google şəbəkələrində görünmə, rəqib auditoriyalarına əsaslanan hədəfləmə.

YouTube reklamı

Brend tanınması və məhsul tanıtımı üçün video kampaniyalar.

Konversiya izləmə

Qeydiyyat, zəng, form və WhatsApp müraciətlərinin GA4 və Google Ads-də dəqiq ölçülməsi.

Kimlər üçündür

  • Məhsulu və ya xidməti Google-da aktiv axtarılan bizneslər
  • Saytında qeydiyyat və ya sifariş forması olan şirkətlər
  • Onlayn mağazalar və e-ticarət bizneslər
  • YouTube-da brendini tanıtmaq istəyən şirkətlər

Qiymət nədən asılıdır

  • Kampaniya növləri və sayı
  • Konversiya izləmənin qurulmasına ehtiyac
  • Reklam büdcəsi xidmət haqqına daxil deyil

Konsultasiyadan sonra işin həcminə uyğun konkret təklif göndərirəm.

İş prosesi

Necə işləyirik

Tanışlıq zəngi

30 dəqiqəlik pulsuz zəngdə biznesinizi və məqsədinizi öyrənirəm.

Audit və plan

Hazırkı vəziyyəti təhlil edib konkret plan və büdcə təklif edirəm.

İşə başlama

Analitika, kampaniyalar və kontent planı hazırlanır, iş başlayır.

Ölçmə və inkişaf

Hər həftə rəqəmlərə baxıb optimallaşdırıram, ayda bir hesabat verirəm.

Suallar

Google reklam xidməti haqqında tez-tez verilən suallar

Google reklam xidməti nədir?

Google reklam xidməti biznesin Google Ads platformasında reklam kampaniyalarının hazırlanması, idarə olunması və ölçülməsidir. Reklamlar Google axtarışında, YouTube-da, Gmail-də və milyonlarla tərəfdaş saytda göstərilə bilər.

Google reklamı necə verilir?

Google reklamı Google Ads hesabı üzərindən verilir. Əvvəlcə kampaniyanın məqsədi və növü seçilir, sonra açar sözlər və ya auditoriya, reklam mətnləri, büdcə və göstəriləcəyi ərazi təyin olunur. Nəticəni ölçmək üçün konversiya izləmə qurulmalıdır, əks halda hansı reklamın işlədiyi bilinmir.

Google reklamının qiyməti nə qədərdir?

Google reklamında sabit qiymət yoxdur. Axtarış reklamlarında adətən hər klik üçün ödəniş edilir və klik qiyməti sahədəki rəqabətdən asılıdır. Gündəlik büdcəni siz təyin edirsiniz və ondan artıq xərc çıxmır. Konsultasiyada sizin sahədə klik qiymətlərinə baxıb real büdcəni hesablayırıq.

Google Ads xidmətinə nələr daxildir?

Google Ads xidmətinə hesabın və ya kampaniyaların hazırlanması, açar söz araşdırması, reklam mətnləri, auditoriya və hədəfləmə, konversiya izləmənin qurulması, gündəlik optimizasiya və aylıq hesabat daxildir.

Hansı Google reklam növləri var?

Əsas növlər bunlardır: axtarış reklamları (Google axtarışında mətn reklamları), Display (saytlarda banner reklamları), YouTube video reklamları, Performance Max (bütün Google kanallarında avtomatik kampaniya) və e-ticarət üçün Shopping reklamları. Hansı növün seçiləcəyi məqsəddən asılıdır.

Google reklamı, yoxsa Instagram reklamı?

Google reklamı sizi artıq axtaran insanlara çatır, yəni tələb hazırdır. Instagram reklamı isə hələ axtarmayan, amma maraqlana biləcək auditoriyada tələb yaradır. Məhsulunuz Google-da aktiv axtarılırsa, Google reklamı ilə başlamaq məntiqlidir. Çox vaxt ikisi birlikdə ən yaxşı nəticəni verir.

Google Ads mütəxəssisi nə iş görür?

Google Ads mütəxəssisi kampaniya strukturunu qurur, açar sözləri və mənfi açar sözləri seçir, reklam mətnlərini test edir, konversiya izləməni qurur və büdcəni nəticə verən kampaniyalara yönəldir. Məqsəd eyni büdcə ilə daha çox nəticə almaqdır.

Nəticəni nə vaxt görərəm?

Axtarış reklamları işə düşən kimi göstərilməyə və klik gətirməyə başlayır. Kampaniyaların optimallaşdırılması və alqoritmin öyrənməsi isə adətən 2-4 həftə çəkir, ondan sonra nəticələr sabitləşir.

Mövcud hesabımı yoxlaya bilərsiniz?

Bəli. Hesab auditi ilə büdcənin hara getdiyini və nəyi dərhal düzəltmək lazım olduğunu göstərirəm.

Reklam hesabı kimin adına olur?

Hesab həmişə sizin adınıza açılır. Mən idarəçi kimi çıxış əldə edirəm. Əməkdaşlıq bitəndə hesab və bütün məlumatlar sizdə qalır.