TəhsilUşaqlar üçün IT akademiyası · Oktyabr 2026 · Meta

CRM ilə Meta reklamlarını real ödənişə görə optimallaşdırmaq

Reklamı müraciət sayı ilə yox, ödəniş edən tələbə ilə ölçmək üçün CRM-i Meta-ya inteqrasiya etdim.

356%ROAS: hər 1 AZN reklama 3.56 AZN gəlir
+256%ROI

Tapşırıq

Akademiya uşaqlar üçün 6 aylıq IT kursları təklif edir. Reklamlar əvvəllər yalnız müraciət sayına görə ölçülürdü. Hansı reklamın real ödəniş gətirdiyi bilinmirdi, ona görə büdcə qərarları təxmini verilirdi.

Məqsəd reklamın effektivliyini müraciət sayı ilə yox, ödəniş edən tələbə və gəlirlə ölçmək idi.

Nə etdik

  • CRM və Meta inteqrasiyası. CRM-i Meta-ya ayrıca dataset ilə bağladım. Hər müraciətin satış mərhələsi Meta-ya hadisə kimi ötürülür: əlaqə quruldu, cavab vermədi, uyğun deyil, ofis görüşü planlandı, qeydiyyat planlandı, ödəniş etdi.
  • Ayrı satış qıfları. Uşaq və böyüklər kurslarının müraciətləri ayrı hadisələrlə izlənir, hər istiqamətin nəticəsi ayrıca ölçülür.
  • High Intent kampaniyası. CRM siqnallarına əsaslanaraq yüksək niyyətli valideynlərə yönəlmiş kampaniya qurdum.
  • Dil seqmentasiyası. Azərbaycan və rus dilli auditoriyalar üçün ayrıca kampaniyalar işə saldım.

Nəticə

CRM inteqrasiyası reklamı ödənişə görə qiymətləndirməyə imkan verdi. Büdcə artıq ödəniş gətirən kampaniyalara yönəldilir, Meta alqoritmi isə real satış siqnalları ilə öyrənir.

Bir tələbənin cəlb olunmasına çəkilən reklam xərci tələbənin ikinci təhsil ayında geri qayıdır.