Yeni fiber-optik tariflərin bazara çıxarılması
Onlayn oyunçular və çox cihaz istifadə edən ailələr üçün iki yeni fiber-optik tarifin adından tutmuş 6 aylıq marketinq planına qədər bütün lansman prosesi.
Tapşırıq
Şirkət abunəçilərin artan tələblərinə cavab verən iki yeni tarif təqdim etməli idi. Birinci tarif onlayn oyunçular üçündür: 500 Mb/s sürət, aşağı ping və stabil bağlantı. İkinci tarif isə böyük ailələr, eyni anda çox cihaz istifadə edənlər və böyük həcmli məlumatla işləyən peşəkarlar üçün 1000 Mb/s sürət təklif edir.
Məqsəd hər tarifi öz auditoriyasına aydın mesajla çatdırmaq və lansmanı ölçülə bilən nəticələrlə idarə etmək idi.
Nə etdik
- Brendinq və mövqeləndirmə. Tariflərin adlarını, dəyər təklifini və brendin kommunikasiya dilini (tone of voice) müəyyənləşdirdim.
- Kommunikasiya strategiyası. Hədəf auditoriyanı təhlil etdim, əsas mesajları təyin etdim və media kanallarını seçdim: Meta, Google, PR, B2B və B2C kanallar.
- Strateji planlama. 6 aylıq marketinq roadmapı hazırladım: fazalar, əsas KPI-lar, büdcə bölgüsü və kampaniya təqvimi.
- Layihənin idarə olunması. 6 ay ərzində marketinq fəaliyyətlərinin vaxtında icrasına və nəticələrin izlənməsinə nəzarət etdim: CPM, CPA, ROAS və müraciət sayı.
Nəticə
Tariflər aprel 2026-da istifadəyə verildi. Lansman çərçivəsində tanınmış texnologiya bloqeri oyunçular üçün nəzərdə tutulan tarifə video icmal hazırladı. İcmalda aşağı pingin və stabil bağlantının oyunçular üçün nə üçün vacib olduğu izah olundu.
Hər iki tarif Wi-Fi 6 dəstəkli yeni nəsil modemlərlə təqdim olundu. Bu, kommunikasiyada “yalnız sürət yox, evin hər küncündə güclü siqnal” mesajını önə çıxarmağa imkan verdi.
Digər keyslər
Bunlara da baxın
Uşaqlar üçün IT akademiyası
CRM ilə Meta reklamlarını real ödənişə görə optimallaşdırmaq
Reklamı müraciət sayı ilə yox, ödəniş edən tələbə ilə ölçmək üçün CRM-i Meta-ya inteqrasiya etdim.
Tibbi diaqnostika mərkəzi
Pink October: müayinə paketlərini satışa çevirən kampaniya
Süd vəzi xərçənginə qarşı maarifləndirmə ayında qadınlar üçün müayinə paketlərini tanıtdıq və hər müraciəti satışa qədər izlədik.