TelekommunikasiyaAparıcı internet provayderlərindən biri · Yanvar-Sentyabr 2025

Reklamdan qoşulmaya qədər: rəqəmsal marketinq hesabat sistemi

Bütün rəqəmsal kanalları bir hesabatda birləşdirən və reklam xərcini klik ilə yox, real qoşulma ilə ölçən aylıq hesabat sistemi.

3.9xTikTok izləyiciləri, fevral-sentyabr
87%iyulda qeydiyyat səhifəsi trafikinin TikTok reklamından gələn payı
-15%qoşulma başına xərc, sentyabr yanvara nisbətən

Tapşırıq

Şirkətin rəqəmsal marketinqi eyni anda bir neçə kanalda aparılırdı: Google Ads, Meta, TikTok, YouTube, orqanik axtarış və sosial media. Hər platformanın öz hesabatı var idi, ona görə də nəticələri bir yerdə görmək lazım idi.

Məqsəd bütün kanalları bir hesabatda birləşdirmək və reklamın effektivliyini klik və müraciət sayı ilə yox, real qoşulma ilə ölçmək idi.

Nə etdik

  • Satış qıfı. Hər müraciət dörd mərhələdə izlənir: müraciət, keyfiyyətli müraciət, qeydiyyat və qoşulma. Mərhələlər arasındakı konversiya, qeydiyyat başına xərc və qoşulma başına xərc hər ay hesablanır.
  • Keyfiyyətsiz müraciətlərin təhlili. Qoşulmaya çevrilməyən müraciətlər səbəblərə görə qruplaşdırılır: mövcud müştəri, xidmət olmayan ərazi, yanlış FİN kod, natamam nömrə, təkrar müraciət. Bu, hansı reklamın boş müraciət gətirdiyini göstərir.
  • Kanallar üzrə qıf. GA4-də qeydiyyat səhifəsinə gələnlər və qeydiyyatdan keçənlər orqanik axtarış, birbaşa giriş, Meta, Google Ads və TikTok üzrə ayrıca ölçülür.
  • Kanal performansı. Sayt trafiki, ödənişli kampaniyaların göstəriciləri (göstərim, klik, CTR, CPC), YouTube, həmçinin Facebook, Instagram və TikTok-da izləyici artımı, əhatə və engagement bir cədvəldə izlənir.
  • Aylıq detallı hesabat. Hər ay Meta, Google və TikTok-da hər kampaniya və hər reklam üzrə xərc, nəticə və nəticə başına xərc ayrıca təhlil olunur.
  • TikTok kanalı. TikTok hesabını və TikTok reklamlarını idarə etdim, kanalın nəticələrini də bu hesabat vasitəsilə izlədim.

Satış qıfı

Mərhələlər arasındakı konversiya, yanvar-sentyabr aylarının ən aşağı və ən yüksək göstəricisi.

Müraciət41-92% →Keyfiyyətli müraciət26-38% →Qeydiyyat11-27% →Qoşulma

Nəticə

Hesabat hər ay hansı kanalın və hansı reklamın real qoşulma gətirdiyini göstərdi və büdcə qərarlarını rəqəmlərə əsaslandırmağa imkan verdi.

  • TikTok izləyiciləri fevraldan sentyabra qədər təxminən 3.9 dəfə artdı.
  • İyul və avqustda qeydiyyat səhifəsinə gələn trafikin 86-87%-i TikTok reklamlarından gəldi.
  • Sentyabrda müraciətlərin 92%-i keyfiyyətli oldu, yanvarda bu göstərici 75% idi.
  • Sentyabrda keyfiyyətli müraciətdən qeydiyyata konversiya 38% oldu. Bu, 9 ayın ən yüksək göstəricisidir.
  • Bir qoşulmaya çəkilən xərc sentyabrda yanvara nisbətən təxminən 15% azaldı.