Modemlərin üzərində QR kod: zəng etmədən özünəxidmət
Abunəçilər sadə suallarının cavabını call center-ə zəng etmədən, modemin üzərindəki QR kodu skan edərək tapır.
Tapşırıq
Tapşırıq şirkətin modemlərinin üzərinə QR kod yerləşdirmək və bununla call center-in iş yükünü azaltmaq idi.
Layihənin üç məqsədi var idi: müştəri təcrübəsini yaxşılaşdırmaq, abunəçinin sadə problemləri özü həll etməsinə şərait yaratmaq və call center-ə gələn sadə zəngləri azaltmaq.
Nə etdik
- Platforma seçimi. QR kodun hansı platformada yaradılacağını müəyyən etdim. Bitly, Linktree və onların alternativlərini müqayisə etdik. Əsas meyarlar brend loqosu və dizaynla uyğunluq, həmçinin səhifənin mobil cihazlara tam uyğun olması idi.
- Səhifənin strukturu. QR kodun hara yönləndirəcəyini planlaşdırdım. Açılan səhifədə abunəçinin ən çox soruşduğu 6 mövzu toplandı: Wi-Fi şifrəsinin dəyişdirilməsi, balans və tarif haqqında məlumat, Wi-Fi adının gizlədilməsi, Wi-Fi dalğalarının gücləndirilməsi, 5 GHz şəbəkəsinə qoşulma və modemdə 5 GHz tezliyinin konfiqurasiyası.
- Yönləndirmələr. Hər bölmə abunəçini addım-addım izahedici YouTube videosuna yönləndirir. Səhifənin yuxarısında Instagram, Facebook, YouTube, TikTok və LinkedIn hesablarına keçidlər də var.
- Fiziki tətbiq. QR kod stikerləri modemlərin üzərinə yerləşdirildi. Tətbiq mərhələli şəkildə aparılır və bütün abunəçiləri əhatə edir.
- Sosial media kommunikasiyası. Abunəçilərə yeniliyi elan edən paylaşımları hazırladım. Paylaşımlarda QR kodu skan etməklə nələri edə biləcəklərini sadə dillə izah etdik.
Nəticə
Abunəçi ən çox verilən suallara cavabı telefon kamerası ilə bir neçə saniyəyə tapır və bunun üçün zəng etməli olmur. Bu yanaşma sadə məsələlərə görə call center-ə gələn zəngləri azaltmağa yönəlib və şirkətin müştəriyönümlü, innovativ imicini gücləndirir.
Digər keyslər
Bunlara da baxın
Uşaqlar üçün IT akademiyası
CRM ilə Meta reklamlarını real ödənişə görə optimallaşdırmaq
Reklamı müraciət sayı ilə yox, ödəniş edən tələbə ilə ölçmək üçün CRM-i Meta-ya inteqrasiya etdim.
Tibbi diaqnostika mərkəzi
Pink October: müayinə paketlərini satışa çevirən kampaniya
Süd vəzi xərçənginə qarşı maarifləndirmə ayında qadınlar üçün müayinə paketlərini tanıtdıq və hər müraciəti satışa qədər izlədik.