TelekommunikasiyaAparıcı internet provayderlərindən biri · 2025

Sürət testi kampaniyası: ölkənin ən sürətli interneti

Abunəçiləri sürət testinə təşviq edən SMS və sosial media kampaniyası. Kampaniyadan sonra şirkət rəsmi ölçmələrdə 2025-ci ilin ən yüksək orta endirmə sürətinə malik provayderi oldu.

1-ci yerrəsmi ölçmələrdə ən yüksək orta endirmə sürəti, 2025

Tapşırıq

2025-ci ilin sonlarına doğru texniki şöbədən tapşırıq gəldi: Şirkətin internet sürəti yüksək idi, amma sürət testlərinin nəticələri bunu tam əks etdirmirdi. Mövcud abunəçiləri sürət testi etməyə təşviq etmək lazım idi.

Nə etdik

  • Abunəçilər üçün sürət testinə çağıran kontentlər hazırladıq. Əsas məqsəd test sayını artırmaq olsa da, kommunikasiyanı abunəçi məmnuniyyəti üzərində qurduq.
  • SMS marketinq və sosial media strategiyasını birləşdirdik: cari abunəçilərə SMS göndərdik, eyni abunəçilərə sosial media reklamları ilə də müraciət etdik.
  • Mesajlar sadə və faydalı idi: “Hörmətli abunəçi, sürət testi edin, internet keyfiyyətinizi artırın.”
  • Xüsusi landing page hazırladıq. Abunəçi orada sürət testi edə, sürət problemi barədə bildiriş göndərə və sürəti artırmaq üçün faydalı məsləhətlər ala bilirdi.

Nəticə

Şirkət rəsmi ölçmələrdə ilin ən yüksək orta endirmə sürətinə malik provayderi oldu. Bu nəticəni sonra şirkətin öz kommunikasiyasında da istifadə etdik.