TelekommunikasiyaAparıcı internet provayderlərindən biri · Sentyabr 2025

Tədris ili kampaniyası: sentyabr qoşulmalarını 20% artırmaq

Sentyabrda qoşulan abunəçilərə tədris ilinin ilk və son ayını pulsuz verən kampaniya. Sentyabr qoşulmaları orta aylıq göstəricidən 20% çox oldu.

+20%sentyabr qoşulmaları, orta aylıq göstəriciyə nisbətən
4 kanalSMS, Meta, Google, TikTok

Tapşırıq

Yeni tədris ilində şagirdlər və ailələri üçün sürətli və stabil internet daha vacib olur: onlayn dərslər, ev tapşırıqları, araşdırmalar. Məqsəd bu dövrdə yeni abunəçi qoşulmalarını artırmaq idi.

Nə etdik

  • Kampaniya ideyası. Sentyabrda qoşulan hər yeni abunəçi 2 ay pulsuz internet alır: sentyabr qoşulma anında, may isə tədris ilinin sonunda hədiyyə olaraq. Beləliklə 9 aylıq tədris ilində yalnız 7 ay ödənilir.
  • Promo məhsul. Satış komandası üçün zəng formasında aksesuar hazırlandı. Uşaqlar onu çantalarından asırdı, üzərindəki QR kod isə ətraflı məlumata və qeydiyyata yönləndirirdi.
  • Çoxkanallı kommunikasiya. Kampaniyanı SMS, sosial media, Google və TikTok reklamları üzərindən təbliğ etdik.

Nəticə

Sentyabr ayında yeni qoşulmalar orta aylıq göstəriciyə nisbətən 20% artdı.